APOEL-lə (Kipr) oyun “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov üçün əlamətdar olub | |
Avropa Liqasının IV təsnifat mərhələsinin APOEL-lə (Kipr) oyunu “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov üçün əlamətdar olub.O, bu postda 100-cü matçına şahidlik edib. Lakin qələbə hesabını qorumağı bacarmayan “Neftçi” prezidentinə yubiley hədiyyəsi bəxş edə bilməyib – 1:1. Qeyd edək ki, 2009-cu ilin dekabrında “ağ-qaralar”ın rəhbəri seçilən Sadıqovun “siftə”si də heç-heçə ilə olmuşdu. 2009/10 mövsümündə Premyer Liqasının XVII turunun 2009-cu il dekabrın 26-da “Simurq”la Zaqatalada keçirilən qarşılaşmada qol vurulmamışdı. |
|
Xəbər 1926 dəfə oxundu. |
|
|