“Səbail” klubu 4 yoxlama oyununda gücünü sınayacaq
"Səbail” klubu 2021/2022-ci il mövsümünün qalan hissəsi üçün hazırlığa start verib.

Baş məşqçi Aftandil Hacıyevin çalışdırdığı kollektiv “ASCO Arena”da hazırlıq keçir.

Komanda yanvarın 10-dan etibarən təlim-məşq toplanışını “Dalğa Arena”da davam etdiirəcək.

Komanda hazırlıq çərçivəsində dörd yoxlama oyunu keçirməyi planlaşdırır. "Səbail" yanvarın 14-də “Qarabağ”ın ikinci komandası ilə qarşılaşacaq. Yanvarın 18-də “Keşlə” ilə üz-üzə gələcək “Səbail”, ayın 24-də bu komanda ilə daha bir sınaq matçına çıxacaq.

Ayın 21-də isə MOİK-la oyun nəzərdə tutulub.

Xəbər 380 dəfə oxundu.