Şahmatçımız Azər Mirzəyev Budapeştdə keçirilən beynəlxalq turnirin qalibi olub | |
Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Azər Mirzəyev uğurla çıxış edib. Təmsilçimiz 9 turdan 7 xal toplayaraq yarışın qalibi olub. İkinci yeri 6 xalla yerli idmançı Vilmos Balint tutub. Üçüncü pillədə isə 5 xalla İngiltərə təmsilçisi Şreyas Royal qərarlaşıb. Turnir İsveçrə sistemi üzrə keçirilib. |
|
Xəbər 522 dəfə oxundu. |
|
|