Macarıstanda keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı uğurlu çıxışını davam etdirir | |
Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Azər Mirzəyev uğurlu çıxışını davam etdirir. Təmsilçimiz İngiltərə şahmatçısı Mark Lyell ilə 8-ci turda heç-heçə edib. Səkkiz turdan sonra aktivində 6,5 xal olan şahmatçımız birinci yerdə qərarlaşıb. İkinci və üçüncü pillələri 5 xalla yerli idmançı Vilmos Balint və İngiltərə təmsilçisi Şreyas Royal tuturlar. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. |
|
Xəbər 360 dəfə oxundu. |
|
|