“Forbes” jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb | |
“Forbes” jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb. Siyahıda 50 idmançı yer alıb. İlk pillədə Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor qərarlaşıb. Onun 2021-ci ildəki gəliri 180 milyon ABŞ dolları təşkil edib. Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi ikinci (130 milyon), Portuqaliya yığmasının və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo üçüncü (120 milyon) pillədə yer alıblar. İlk onluqda Dak Preskott (Amerika futbolu, 107,5 milyon), Lebroin Ceyms (basketbol, 96,5), Neymar (futbol, PSJ, 95), Rocer Federer (tennis, 90), Luis Hamilton (Formula 1, 82), Tom Bredi (Amerika futbolu, 76) və Kevin Dürant (basketbol, 75) qərarlaşıblar. |
|
Xəbər 497 dəfə oxundu. |
|
|