İngiltərə Premyer Liqasında koronavirusa 100-dən çox yoluxma qeydə alınıb | |
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Dekabrın 20-26-da 15 min 186 nəfərdən götürülmüş koronavirus testlərindən 103-nün nəticəsinin müsbət olduğu bildirilib. Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onların hamısı 10 günlük karantinə alınıb. |
|
Xəbər 398 dəfə oxundu. |
|
|