Azərbaycan təmsilçiləri İspaniyada şahmat festivalında mübarizəni davam etdirirlər
İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında Azərbaycan təmsilçiləri liderlər qrupunda mübarizəni davam etdirirlər.

Turnirdə ən yaxşı nəticəni Eltac Səfərli göstərib. Belə ki, A turnirində mübarizə aparan şahmatçımız doqquz turda 6,5 xal toplayaraq 12-ci yerdə qərarlaşıb. Azərbaycan şahmatçılarından Məhəmməd Muradlı, Aydın Süleymanlı hərəyə 6, Ülviyyə Fətəliyeva 5,5, Amil Abbasov 4,4, Babək Cəfərli 4 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. Onlardan da 55-i qrossmeysterdir.

Turnir on turdan ibarətdir və dekabrın 23-də başa çatacaq.

Xəbər 357 dəfə oxundu.