Bakının "Neftçi" klubu Macarıstan və Polşa komandaları ilə qarşılaşacaq | |
Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq. Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalyanın Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Bakı təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, ayın 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələ müəyyənləşməyib. |
|
Xəbər 407 dəfə oxundu. |
|
|