İspaniyada keçirilən şahmat festivalında Azərbaycan təmsilçiləri rəqibləri ilə heç-heçə ediblər
İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

Yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli və Məhəmməd Muradlı yeddinci turda rəqibləri ilə heç-heçə ediblər. Hər iki şahmatçımız 5,5 xalla 7-17-ci yerləri bölüşürlər. Digər şahmatçılarımız - Aydın Süleymanlı 4,5, Ülviyyə Fətəliyeva, Babək Cəfərli 4 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. Onlardan 55-i qrossmeysterdir.

Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.

Xəbər 338 dəfə oxundu.