Qadın həndbolçulardan ibarət Norveç yığması dünya çempionatının qalibi olub | |
Qadın həndbolçulardan ibarət Norveç yığması dünya çempionatının qalibi olub. İspaniyada təşkil olunan çempionatın finalında Norveç millisi Fransanı 29:22 hesabı ilə məğlub edib. Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha əvvəl Norveç millisi dünya çempionluğunu 1999-cu, 2011-ci və 2015-ci illərdə qazanıb. Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub. Qeyd edək ki, Norveç millisi həm də ikiqat Olimpiya və səkkizqat Avropa çempionudur. |
|
Xəbər 355 dəfə oxundu. |
|
|