Azərbaycan Premyer Liqası: “Qəbələ” – “Neftçi” matçında qalib müəyyənləşməyib | |
Dekabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna start verilib. İlin sonuncu turunun ilk qarşılaşması Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Matça fəal başlayan meydan sahiblərinin hücumçusu Rafael Utziq 28-ci dəqiqədə hesabı açıb. Görüşün 39-cu dəqiqəsində paytaxt təmsilçisinin futbolçusu Emin Mahmudov hesabı bərabərləşdirib. Oyun bu hesabla da bitib – 1:1. Bu oyundan sonra “Qəbələ” 26 xalla turnir cədvəlində ikinci, “Neftçi” isə 22 xalla üçüncüdür. Günün ikinci oyununda “Sumqayıt” klubu “Keşlə”ni qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi 12 xalla altıncı, paytaxt klubu 11 xalla yeddinci yerdədir. Tura dekabrın 16-da oynanılacaq “Səbail” – “Sabah” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq. Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinə 30 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xal olan “Qəbələ” ikinci, 22 xal olan “Nefçti” üçüncü, eyni xala malik olan “Zirə” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (12), “Keşlə” (11) və “Səbail” (10) yer alıblar. |
|
Xəbər 335 dəfə oxundu. |
|
|