Çempionlar Liqasında son təsnifat mərhələsinin oyunlarına start verilib | |
Çempionlar Liqasında (ÇL) son təsnifat mərhələsinin oyunlarına start verilib. Türkiyənin vitse-çempionu “Fənərbaxça” turnirin cari mövsümündə ilk məğlubiyyətini alıb. Aykut Kocamanın çalışdırdığı komanda Moskva “Spartak”ı ilə səfər matçında yeni transferi hesabı bərabərləşdirməyə bacarsa da, az sonra buraxdığı qolla uduzub. Hər halda, bu nəticəni türklər üçün pis saymaq olmaz. Çünki “Fənər”ə qrupa düşmək üçün evdə 1:0 hesablı qələbə də yetərli olacaq. Günün ən gözlənilməz nəticəsi Almaniyada qeydə alınıb. Kiyev “Dinamo”su millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun futbol karyerasını həsr etdiyi Mönhenqladbaxt “Borussiya”sı üzərində əzmkar qələbə qazanmaqla, qrupa vəsiqəni artıq demək olar təmin edib. Elə “Seltik”lə ÇFR-nin də səfər qələbələri onları daha şanslı edir. ÇL-nin qrup mərhələsində oyun təcrübəsi olan “Lil” Danimarkada “Kopenhagen”dən aldığı minimal hesablı məğlubiyyətin əvəzini evdəki cavab matçında çıxmalıdır. 21 avqust “Spartak” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) – 2:1 Emmanuel Emenike, 59, Dmitri Kombarov, 69 – Dirk Kuyt, 65 “Borussiya” (Mönhenqladbaxt, Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:3 Aleksander Rinq, 13 – Taras Mixalik 28, Andrey Yarmolenko, 36, Lük de Yonq, 81 “Helsinqborq” (İsveç) – “Seltik” (Şotlandiya) – 0:2 Kris Kommons, 2, Georgios Samaras, 75 “Kopenhagen” (Danimarka) – “Lill” (Fransa) – 1:0 Sezar Santin, 38 “Bazel” (İsveçrə) – ÇFR (Rumıniya) – 1:2 Marko Ştreller, 44 – Modou Soqou, 66, 71 Qeyd edək ki, bu mərhələnin qalan ilk oyunları bu gün keçiriləcək. |
|
Xəbər 1069 dəfə oxundu. |
|
|