Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası minifutbol yarışlarının rayon turu başa çatıb | |
Böyüməkdə olan gənc nəslə Vətən müharibəsindəki Şanlı Qələbənin təbliği, doğma Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədi daşıyan “Böyük Zəfər” məhəllələrarası minifutbol turnirinin Suraxanı rayon turuna yekun vurulub. Turnir Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilir. Rayondakı abad məhəllələrdə keçirilən yarışda “Fatehlər”, “Qələbə”, “Laçın”, “Dəmir yumruq”, “Ağdam”, “Şuşa”, “Zəfər” və “Fizuli” adı daşıyan 8 komanda iştirak edib. İlkin görüşlərdən sonra final mərhələsinə 4 komada vəsiqə qazanıb. Finalda “Dəmir Yumruq” komandası “Zəfər” komandasına qalib gələrək 1-ci yerə layiq görülüb. 3-cü yerə “Laçın” komandası layiq görülüb. Beləliklə, yarışların Bakı şəhər turunda Suraxanı rayonunu “Dəmir yumruq” komandası təmsil edəcək. Rayon turunun qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. |
|
Xəbər 384 dəfə oxundu. |
|
|