Şahmatçılarımız Barselonada keçirilən beynəlxalq turnirdə mübarizə aparırlar
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri liderlər qrupunda mübarizə aparırlar.

İkinci turda şahmatçılarımızdan Eltac Səfərli İslandiya təmsilçisi Gudmundur Kjartanssonu, Aydın Süleymanlı yerli şahmatçı Ramos Daniel Garcianı, Məhəmməd Muradlı isə Niderland təmsilçisi Lars Ootesi məğlub edib. Aktivlərində iki xal olan şahmatçılarımız liderlər sırasında qərarlaşıblar.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

Xəbər 357 dəfə oxundu.