"Neftçi" və "Səbail" Azərbaycan Premyer Liqasının oyununda meydana "Qadınlara qarşı zorakılığa son deyirik" yazısı ilə çıxıblar | |
"Neftçi" və "Səbail" komandaları Azərbaycan Premyer Liqasının XII tur oyununda meydana birgə pankartla çıxıblar. Pankartın üzərində "Qadınlara qarşı zorakılığa son deyirik" yazısı olub. Həmçinin “flaqman”ın futbolçuları qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına görə narıncı forma geyiniblər. Görüşü dövlət rəsmiləri, müxtəlif ölkələrin Azərbaycandakı səfirləri tribunadan izləyirlər. Qeyd edək ki, "Bakcell Arena"da keçirilən matçda ilk hissə oynanılır. |
|
Xəbər 371 dəfə oxundu. |
|
|