Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib | |
Noyabrın 26-da Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov konfransda çıxış edərək iclasın işinə uğurlar arzulayıb. Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib. Daha sonra federasiya rəhbərliyinə seçkilər keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev birinci vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsinə seçiliblər. Konfransda, həmçinin Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinə üzv seçiliblər. Bundan başqa, Azərbaycan Voleybol Federasiyasının Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib. |
|
Xəbər 497 dəfə oxundu. |
|
|