Azərbaycanda işləmiş baş məşqçinin adı stadiona verilir
Türkiyə millisi, “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” futbol komandalarının sabiq baş məşqçisi, hazırda “Altay” klubuna başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.

Arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

“Altay” və “Altınordu” klublarının oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014-cü il mövsümündə “Xəzər-Lənkəran”ın baş məşqçisi olub.

Xəbər 511 dəfə oxundu.