Azərbaycan – Monteneqro oyununu albaniyalı hakimlər briqadası idarə edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Noyabrın 30-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Monteneqro qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Emanuela Rusta olacaq. Ona Erinda Kume və Miryeta Salla kömək edəcəklər. Dördüncü hakim funksiyasını Soada Tuşay yerinə yetirəcək.

Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Malta (1:2), Rusiya və Monteneqroya (hər iki oyun 0:2) məğlub olub.

Xəbər 337 dəfə oxundu.