Azərbaycanın yeniyetmə qız qılıncoynadanları Fransada keçirilən turnirdə qüvvəsini sınayıblar | |
![]() Qız şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici Nazilə Rəhimovaya məxsusdur. Qrup mərhələsini iki qələbə ilə başa vuran N.Rəhimova 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Kostanza Qreqqini 15:11 hesabı ilə məğlub edib. Növbəti görüşdə Almaniya təmsilçisi Mariella Tomikə 15:10 hesabı ilə qalib gələn təmsilçimiz turnirin yarımfinalçısı amerikalı Aleksandra Drovetskiyə 12:15 hesabı ilə uduzub. N.Rəhimova 200-dən çox yeniyetmə şpaqaçı arasında ümumi sıralamada 32-ci olub. Qrupda üç qələbəsi olan Alfiyə Abdinova pley-offda keçirdiyi ilk görüşdə ispan Martina Alvarez Torreqoya 15:12 hesabı ilə qalib gəlsə də, ən güclü 32 idmançı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Natalie Leungə 8:15 hesabı ilə məğlub olub. Qrupda dörd qələbə qazanan Aynur Quliyeva pley-offda fransalı Enora Mortecretteyə 11:15 hesabı ilə, dörd qələbəsi olan Xədicə Həsənli isə pley-offda İtaliya şpaqaçısı Asia Vitaliyə 10:15 hesabı ilə uduzub. Qız şpaqaçıların komanda yarışında idmançılarımız ilk görüşündə İspaniyanı təmsil edən seçmə kollektivə 34:45 hesabı ilə məğlub olub. |
|
Xəbər 411 dəfə oxundu. |
|
|