Migel Visente: Azərbaycan Gimnastika Federasiyası irimiqyaslı yarışları yüksək səviyyədə təşkil edir | |
Növbəti dəfə Azərbaycanda olmaqdan məmnunam. Ölkənizə ilk səfərimi 2015-ci ildə Avropa Oyunları zamanı etmişəm. Azərbaycan Gimnastika Federasiyası həmişə irimiqyaslı yarışları yüksək səviyyədə təşkil edir. Hazırda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatı da onlardan biridir. Bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin vitse-prezidenti Migel Visente müsahibəsində deyib. Çempionatın proqramının çox gərgin olduğunu bildirən M.Visente qeyd edib ki, yarışda dünya və Olimpiya çempionları iştirak edirlər. Bu idman növündə yarışların mütəmadi keçirilməsi vacib şərtlərdən biridir. Sevindirici haldır ki, belə mötəbər yarış Azərbaycanda təşkil olunur. Milli Gimnastika Arenası çox möhtəşəmdir. Ümumiyyətlə bütün idmançılar üçün hər cür şərait yaradılıb. Buna görə, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək. AZƏRTAC |
|
Xəbər 356 dəfə oxundu. |
|
|