Karateçilərimiz dünya çempionatında mübarizəyə başlayıblar
Noyabrın 16-da Dubayda karate üzrə dünya çempionatı start götürüb.

Turnirin birinci günündə 5 çəki dərəcəsində kumite yarışlarının ilkin mərhələləri keçiriləcək. Karateçilərimizdən İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) mübarizəyə qatılacaqlar.

Noyabrın 21-dək davam edəcək 25-ci dünya çempionatına 117 ölkədən 1054 karateçi qatılıb. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.

Xəbər 355 dəfə oxundu.