Gənclər arasında təşkil olunan Avropa birinciliyini taekvondoçularımız iki qızıl, bir bürünc medalla başa vurublar
Bosniya və Herseqovinada gənclər arasında təşkil olunan Avropa birinciliyi başa çatıb.

Qitə birinciliyində uğurla çıxış edən Azərbaycan komandası iki qızıl, bir bürünc medal qazanıb. Belə ki, komandamızın üzvləri Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Yığmamızın digər üzvü Pünhan Mürsəlov (45 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yığma komandamız Avropa birinciliyində 15 idmançı ilə təmsil olunub.

Xəbər 402 dəfə oxundu.