Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsində X tura start veriləcək | |
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start veriləcək. Turun ilk oyun günü 4 qrupda 10 qarşılaşma oynanılacaq. Azərbaycan millisinin yer aldığı A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır, Priney təmsilçisinə isə heç-heçə də sərf edəcək. Qrupun digər matçında İrlandiya Lüksemburqun qonağı olacaq. Azərbaycan millisi isə bu gün yoldaşlıq oyununda Qətər seçməsini qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq. H qrupunun mərkəzi qarşılaşması Xorvatiya və Rusiya komandaları arasında olacaq. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansalar, mundialda iştirakı təmin edəcəklər. Günün bütün görüşləri aşağıdakılardır: A qrupu Lüksemburq - İrlandiya; Portuqaliya - Serbiya. Qrupdakı vəziyyət: Portuqaliya - 17 (7 oyuna), Serbiya - 17 (7), Lüksemburq - 9 (7), İrlandiya - 6 (7), Azərbaycan - 1 (8) B qrupu Yunanıstan - Kosovo; İspaniya - İsveç. Qrupdakı vəziyyət: İspaniya - 16 (7 oyuna), İsveç - 15 (7), Yunanıstan - 9 (7), Gürcüstan - 7 (8), Kosovo - 4 (7) H qrupu Malta - Slovakiya; Sloveniya - Kipr; Xorvatiya - Rusiya. Qrupdakı vəziyyət: Rusiya - 22, Xorvatiya - 20, Slovakiya - 11, Sloveniya - 11, Malta - 5, Kipr - 5. J qrupu Lixtenşteyn - Rumıniya; Şimali Makedoniya - İslandiya; Ermənistan - Almaniya. Qrupdakı vəziyyət: Almaniya - 24, Şimali Makedoniya - 15, Rumıniya - 14, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1. Qeyd edək ki, indiyədək Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb. |
|
Xəbər 366 dəfə oxundu. |
|
|