Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
Noyabrın 14-də Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, İdman Jurnalistləri Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək.

Zəfər Gününə həsr olunan yarışdan əvvəl jurnalistlər üçün üzgüçülük üzrə təlim təşkil ediləcək. Daha sonra yarışa start veriləcək.

Turnir iştirakçılarına xüsusi sertifikatlar, qaliblərə isə müvafiq diplomlar və Su İdmanı Sarayının xidmətlərindən ödənişsiz istifadə üçün abunə kartı təqdim olunacaq.
Yarış başa çatdıqdan sonra jurnalistlər üçün mediatur təşkil ediləcək.

Xəbər 445 dəfə oxundu.