Azərbaycan Premyer Liqasının XI turunun təqvimi açıqlanıb | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli məlum olub. Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura noyabrın 19-da “Qarabağ” – “Keşlə” oyunu ilə start veriləcək. “Azərsun Arena” stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq. Turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. Noyabrın 20-də “Zirə” klubu öz meydanında “Səbail” komandasını qəbul edəcək. Qarşılaşma saat 16:00-da start götürəcək. Həmin gün son çempion “Neftçi” autsayder “Sabah”ı qəbul edəcək. “Bakcell Arena” stadionda baş tutacaq görüş saat 18:15-də başlayacaq. Turun son oyunu isə noyabrın 21-də Qəbələ şəhər stadionunda saat 16:00-da “Qəbələ” və “Sumqayıt” komandaları arasında baş tutacaq. Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq. On turdan sonra turnir cədvəlinə 14 xalla “Qarabağ” klubu başçılıq edir. Bir xal az toplayan olan “Neftçi” ikinci, 11 xalı olan “Qəbələ” və “Zirə” isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (7), “Səbail” (6), “Keşlə” (4) və “Sabah” (1) klubları qərarlaşıblar. 19 noyabr “Qarabağ” – “Keşlə”; “Azersun Arena”, 19:00. 20 noyabr “Neftçi” – “Sabah”; “Bakcell Arena”, 18:15. “Zirə” – “Səbail”; Zirə İdman Kompleksinin stadionu, 16:00. 21 noyabr “Qəbələ” – “Sumqayıt”; Qəbələ şəhər stadionu, 16:00. |
|
Xəbər 405 dəfə oxundu. |
|
|