Bakıda keçirilən "Böyük dəbilqə" turnirində cüdoçularımız mübarizəyə başlayırlar
Bu gün Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri start götürür.

Yarışın birinci günündə 13 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilər arasında Balabəy Ağayev Damir Meremov (Rusiya), Rövşən Əliyev Dilşot Xalmatov (Ukrayna), Əhməd Yusifov Ariunbold Enxtayvan (Monqolustan), Turan Bayramov (hamısı 60 kq) Hayato Kondo (Yaponiya), İbrahim Əliyev Yuji Aida (Yaponiya), Tofiq Məmmədov Danilo Xlopetski (Ukrayna), İsmayıl İbrahimov Baqrati Niniaşvili (Gürcüstan), Orxan Səfərov (hamısı 66 kq) Baybol Uulu Salamat (Qırğızıstan) ilə qarşılaşacaqlar.

Qadınlar arasında Şəfəq Həmidova (48 kq) Rafaela Batista (Braziliya), Aişə Qurbanlı Katarina Tanzer (Avstriya), Zeynəb Məmmədova (52 kq) Annika Vurfel (Almaniya), Ülviyyə Bayramova Anastasiya Polikatpova (Rusiya), İçinxorloo Muntsxedev (57 kq) Rafaela Silva (Braziliya) ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, "Böyük dəbilqə" turnirində 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) iştirak edir.

Xəbər 395 dəfə oxundu.