Avropa çempionatının birinci günündə 4 cüdoçumuz tatami üzərinə çıxacaq | |
Bu gün Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürür. Qitə çempionatının birinci günündə 4 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilərin yarışında Elçin Hüseynov (66 kq) David Alves Duarte (İspaniya) ilə üz-üzə gələcək. Qadınların turnirində isə Aydan Vəliyeva (48 kq) Alina Sergeyeva (Rusiya), Ramilə Əliyeva Paulina Zlaşta (Polşa), Səbinə Əliyeva (52 kq) Aleksandra Paska (Rumıniya) ilə qarşılaşacaqlar. Noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan komandası turnirdə 8 idmançı ilə təmsil olunur. |
|
Xəbər 454 dəfə oxundu. |
|
|