Üç qadın güləşçimiz U-23 dünya çempionatında çıxış edib
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Dördüncü yarış günündə - noyabrın 4-də son 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

Güləşçimiz Tatyana Varansova (53 kq) startda rusiyalı rəqibinə uduzub. Jalə Əliyeva (62 kq) debütdə yerli idmançıya məğlub olub. Birgül Soltanova (65 kq) Qazaxıstan güləşçisi ilə görüşdə 7:0 hesabıyla öndə olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib.

Qeyd edək ki, ötən gün Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) da ilk görüşlərdə uduzaraq yarışı medalsız başa vurublar.

Xəbər 360 dəfə oxundu.