Formula 1 yağışlı havada bolidlərin yarışması ilə bağlı qərar qəbul etmək istəyir | |
2025-ci il üçün yeni reqlament dəyişikliklərinə qədər Formula 1 yağışlı havada bolidlərin yarışması ilə bağlı qərar qəbul etmək istəyir. Belçika Qran-Prisinin yarımçıq dayandırılması pilotların narazılığına səbəb olsa da, qurum yağışlı havada da yarışı keçirmək istəyir. Ancaq bolidlərin təhlükəsizlik məsələlərinə görə müəyyən narahatlıqlar var. Formula 1 rəhbərliyinin verdiyi məlumata görə, görüntü ilə bağlı müəyyən problemləri yoluna qoymaq olsa da, bolidin yaş trasda hərəkət etməsi çətinlik yaradacaq. Hazırda bu sahədə müəyyən işlər gedir. |
|
Xəbər 405 dəfə oxundu. |
|
|