Qadın güləşçilərimiz U-23 dünya çempionatında mübarizəyə başlayırlar
Serbiyanın paytaxtı Belqradda güləş üzrə U-23 dünya çempionatı davam edir.

Bu gün mundialda qadın güləşçilər mübarizəyə qoşulacaq. Yarışda ölkəmizi 5 qadın güləşçi təmsil edəcək.

Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) bu gün, Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) isə sabah mübarizəyə start verəcəklər.

Ş.Nəzərova (50 kq) Yunq Lin (Çin Taypeyi), T.Varansova (53 kq) rusiyalı Yekaterina Verbina, E.Məmmədova (55 kq) Türkiyə təmsilçisi Eda Tekin, J.Əliyeva (62 kq) Anna Fabian (Serbiya), B.Soltanova (65 kq) isə qazaxıstanlı Ayna Temirtassova ilə qarşılaşacaq.

Xəbər 669 dəfə oxundu.