“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb | |
İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb. 24 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Zenit”lə oyunda bunu bacarıb. Komandasının 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verən İtaliya millisinin üzvü Çempionlar Liqasında ardıcıl 4 ev oyununda fərqlənməyi bacaran ikinci “Yuventus” futbolçusudur. O, “qoca sinyora”nın sabiq hücumçusu David Trezegeyə məxsus rekordu təkrarlayıb. Fransalı 20 il əvvəl – 2001-ci ilin noyabrında turnirin ardıcıl 4-cü ev matçında qol vurub. Qeyd edək ki, ilk 4 turda 12 xal qazanan “Yuventus” səkkizdəbir final mərhələsinə vəsiqəni rəsmiləşdirib. |
|
Xəbər 360 dəfə oxundu. |
|
|