Premyer Liqada III turun təyinatları açıqlanıb
Premyer Liqada III turun təyinatları açıqlanıb. Turun mərkəzi oyunları gənc hakimlərə tapşırılıb.

Belə ki, “Neftçi” – “Qəbələ” matçını FİFA hakimi Anar Salmanov idarə edəcək. “İnter” – “Xəzər Lənkəran” oyunu isə hələ ki beynəlxalq dərəcəni almasa da, ötən mövsüm bir sıra əsas oyunları, o cümlədən Azərbaycan kubokunun final matçını idarə edən Əliyar Ağayevə həvalə olunub.

18 avqust
“Kəpəz” – AZAL
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov

“Simurq” – “Turan”
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov

“Rəvan” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov

“Neftçi” – “Qəbələ”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov

19 avqust
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov

“İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov

Xəbər 1100 dəfə oxundu.