İki yunan-Roma güləşçimiz dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

İkinci yarış günündə - noyabrın 2-də 2 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Güləşçimiz Həsrət Cəfərov (67 kq) debütdə meksikalı rəqibini məğlub edib. H.Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək dörddəbir finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan güləşçimiz adını yarımfinala yazdırıb.

Çempionatda 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə startda Qırğızıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. Səkkizdəbir finalda Hindistan təmsilçisi ilə görüş gərgin idmqn mübarizəsi şəraitində keçib. Yekunda Ü.Qənizadə minimal hesablı qələbəyə sevinib. Güləşçimiz dörddəbir finalda macar rəqibini çətinliklə də olsa, üstələyərək yarımfinala vəsiqə qazanıb.

Xəbər 347 dəfə oxundu.