“Araz-Naxçıvan” – “Liqeni” oyununda qalib müəyyənləşməyib | |
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün qrupda sonuncu oyununu keçirib. Təmsilçimiz Kosovanın “Liqeni” komandası ilə qarşılaşıb. Qarşılaşma 6:6 hesablı heç-heçə başa çatıb. İsa Atayevin dubl etdiyi oyunda “Araz-Naxçıvan”ın digər qollarını Felipinyo, Maneka, Ramiz Çovdarov və David Qustavo vurublar. Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu ikinci pillədə başa vurub. Eyni xala malik "Liqeni" isə üçüncü olub. Ukraynanın "Uraqan" komandası isə qrup lideri kimi turnirin növbəti mərhələsinə vəsiqə qazanıb. |
|
Xəbər 355 dəfə oxundu. |
|
|