“Grand Swiss-2021”: Şahmatçılarımız dördüncü turda mübarizə aparacaqlar
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin dördüncü turunun oyunları keçiriləcək.

Bu mərhələdə şahmatçılarımız Rauf Məmmədov Fide təmsilçisi Vladislav Kovalyov, Nicat Abasov avstraliyalı Temur Kuybokarov, Vasif Durarbəyli özbəkistanlı Cavoxir Sindarov, Aydın Süleymanlı serbiyalı Luka Budisavljevic ilə mübarizə aparacaq.

Qeyd edək ki, üç turun nəticəsinə görə, R.Məmmədov, N.Abasov 1,5, V.Durarbəyli 1 xal toplayıblar. A.Süleymanlının aktivində isə hələlik xal yoxdur.
İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 408 dəfə oxundu.