Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız dünya çempionatının finalına yüksəlib | |
Yaponiyanın Kitakyuşu şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində oktyabrın 29-da qrup hərəkətləri komandalarının təsnifat yarışları keçirilib. Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Luzan Yelizaveta və Güllü Ağalarzadədən ibarət qrupumuz hər iki çıxış proqramı üzrə final mərhələsinə adlamağı bacarıb. Təsnifatda 5 topla çıxışlarına görə qızlarımız 6-cı, 3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri kompozisiyalarına görə isə 8-ci yerdə qərarlaşaraq finalı təmin ediblər. Qrup komandamız çoxnövçülükdə (iki çıxış proqram üzrə) 6-cı olub. Qızlarımızın alətlər üzrə final çıxışları oktyabrın 31-də baş tutacaq. Qey edək ki, dünya çempionatında fərdi gimnastlarımız Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova da iştirak ediblər. |
|
Xəbər 397 dəfə oxundu. |
|
|