“Avropa idman həftəsi” turnirində futbol və basketbol yarışlarının qalibləri müəyyənləşib | |
Avropa Komissiyasının təşəbbüsü ilə “Be Active” devizi altında Mingəçevir şəhərində start götürən “Avropa idman həftəsi” turnirində futbol və basketbol (3x3) yarışlarının qalibləri müəyyənləşib. Futbol yarışlarında birinci yeri Kürdəmir komandası tutub. İkinci və üçüncü yerlərdə Yevlax və Şəki rayonlarının komandaları qərarlaşıblar. Basketbol yarışlarında qadınlar arasında ilk üç yerdə Gəncə, Göygöl və Oğuz rayonlarının komandaları qərarlaşıblar. Kişilərin turnirində isə Şəki, Gəncə və Göygöl komandaları, müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. “Avropa idman həftəsi”nin proqramına futbol, basketbol 3x3, stolüstü tennis, avarçəkmə, voleybol, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, uzun məsafəyə qaçış, velosiped, skeytbord, təkərli konkisürmə, eləcə də “Çempion” əyləncəli oyunlar və xüsusi Olimpiya proqramı çərçivəsində keçiriləcək yarışlar daxildir. Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində və Mingəçevir şəhər stadionunda pandemiya dövrünün qaydalarına uyğun keçirilən “Avropa idman həftəsi” festivalı oktyabrın 31-dək davam edəcək. |
|
Xəbər 336 dəfə oxundu. |
|
|