“Grand Swiss-2021”: Şahmatçılarımızdan üçü ikinci turu qələbə ilə başa vurub
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin ikinci turunun oyunları keçirilib.

Bu mərhələdə təmsilçilərimiz Vasif Durarbəyli Aydın Süleymanlı ilə üz-üzə gəliblər. Qarşılaşma Vasif Durarbəylinin qələbəsi ilə başa çatıb. Digər şahmatçılarımız Rauf Məmmədov rusiyalı Mixail Antipov, Nicat Abasov latviyalı Nikita Meşkovsu məğlub ediblər. İki turdan sonra R.Məmmədov, N.Abasov, V.Durarbəylinin aktivində 1 xal var.

On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 445 dəfə oxundu.