Azərbaycan boksçusu Məhəmməd Abdullayev dünya çempionatında səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb
Bu gün Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

Mundialın dördüncü günündə rinqə çıxan boksçumuz Məhəmməd Abdullayev (+92 kq) litvalı rəqibi Yonas Yazeviçiuslə üz-üzə gəlib. On altıdabir final mərhələsi çərçivəsində keçilən görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. O, səkkizdəbir final qarşılaşmasına oktyabrın 31-də çıxacaq.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

Xəbər 520 dəfə oxundu.