Boksçumuz dünya çempionatında mübarizəni dayandırıb | |
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. Otuz ikidəbir final çərçivəsində kubalı Osvel Kaballero Qarsia ilə üz-üzə gələn boksçumuz məğlub olaraq mübarizəni dayandırıb. Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır. |
|
Xəbər 411 dəfə oxundu. |
|
|