Beynəlxalq dərəcəli hakim Fikrət Axundov CEV kuboku yarışlarına təyinat alıb | |
Beynəlxalq dərəcəli hakim Fikrət Axundov qadın voleybolçulardan ibarət CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarına təyinat alıb. O, turnirin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiya klubları - “Uraloçka” və “Proton” arasında keçiriləcək görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi israilli İris Stojcic-Fogel olacaq. Görüş noyabrın 23-də Rusiyanın Nijnıy Taqıl şəhərində keçiriləcək. Komandalar arasında ilk oyun noyabrın 17-də Saratovda (Rusiya) təşkil olunacaq. |
|
Xəbər 393 dəfə oxundu. |
|
|