Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib | |
Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Reka Molnara Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq. Qeyd edək ki, oktyabrın 26-da "ASK Arena"da keçiriləcək Azərbaycan – Malta qarşılaşması saat 18:00-da başlanacaq. |
|
Xəbər 301 dəfə oxundu. |
|
|