“Rio-2016”nın qalibi dopinq qəbul etdiyinə görə yarışlardan diskvalifikasiya edilib
“Rio-2016” Yay Paralimpiya Oyunlarında pauerliftinq yarışlarında qızıl medal qazanan nigeriyalı Paul Kehinde antidopinq qaydalarını pozduğuna görə 30 ay müddətinə yarışlardan diskvalifikasiya edilib.

Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İdmançıdan 2020-ci ilin martında yarışdan kənar bir dövrdə götürülən nümunədə Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələr siyahısında olan maddə aşkarlanıb.

Otuz üç yaşlı idmançının diskvalifikasiya müddəti 2020-ci il martın 9-dan hesablanıb.

Xəbər 405 dəfə oxundu.