Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi “Minçanka Minsk” – “Olimpiakos Piraeus” oyununa təyinat alıb | |
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib. Azsport.az AVF-yə istinadla xəbər verir ki, M.Frişman Belarusun paytaxtı Minskdə qadın voleybolçular arasında Çempionlar Liqasının ikinci raundunun “Minçanka Minsk” – “Olimpiakos Piraeus” (Yunanıstan) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək. Oktyabrın 14-də “Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsov olacaqlar. Qeyd edək ki, komandalar arasında Yunanıstanda təşkil olunan oyun “Olimpiakos Piraeus”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. |
|
Xəbər 385 dəfə oxundu. |
|
|