Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurublar | |
İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub. Turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub. Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar. Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib. |
|
Xəbər 336 dəfə oxundu. |
|
|