UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının loqotipini təqdim edib
UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının loqotipini təqdim edib.

“Avro-2024”ün loqotipi Avropanın 55 ölkəsinin bayrağı üçün ümumi olan altı rəng və Berlinin final matçının keçiriləcəyi “Olimpiastadion”u özündə birləşdirir.

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək davam edəcək. Qitə birinciliyində 24 komanda mübarizə aparacaq.


Xəbər 356 dəfə oxundu.