Sabah gənclər arasında cüdo üzrə dünya çempionatı start götürəcək
Oktyabrın 6-da İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürəcək.

Yarışda Azərbaycanın səkkiz cüdoçusu iştirak edəcək. Belə ki, kişilər arasında turnirdə Turan Bayramov (60 kq), Kamran Süleymanov, Rəşad Quluzadə (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyev (81 kq) güclərini sınayacaqlar.

Qadınların yarışında isə Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57) və Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçunun qatılacağı planlaşdırılıb.

Xəbər 386 dəfə oxundu.