“Keşlə” klubu cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb | |
“Keşlə” futbol klubu cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb. VI turun “Sabah”la ev oyununda 2:0 hesabı ilə qalib gələn qəsəbə təmsilçisinin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 30-cu quru oyununu keçirib. 103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb. Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox quru oyun keçirən 39-cu qapıçıdır. Futbolçu bu siyahıda 9-cu legionerdir. |
|
Xəbər 369 dəfə oxundu. |
|
|