Bu gün ADBTİA-da yeni tədris ilinə start verilib | |
Bu gün bütün ölkədə olduğu kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında da əyani tədrisə start verilib. Hər bir tələbə Akademiyaya daxil olarkən Covid-19 pasportunu təqdim etdi və onların bədən temperaturları, girişdə quraşdırılmış fərdi və universal termal kameralar vasitəsilə yoxlanılıb. İlk dərs günündə birinci kurs tələbələri Akademiya ilə tanış olublar. Xatırladaq ki, bu gündən etibarən, yeni 3 mərtəbəli tədris korpusu Akademiya tələbələrinin istifadəsinə verilib. Akademiya rəhbərliyi və kollektivi yeni tədris ilinin başlanması münasibətilə bütün tələbələri təbrik edir və onlara təhsildə uğurlar arzulayır. |
|
Xəbər 349 dəfə oxundu. |
|
|