Bilik Gününə həsr olunmuş şahmat üzrə turnirin qalibi müəyyənləşib | |
Bilik Gününə həsr olunmuş şahmat üzrə turnir keçirilib. 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnirdə 30 şahmatçı iştirak edib. Turnirin yekun nəticələrinə görə, 8 xalla Kamil Səmədov yarışın qalibi olub. İkinci yeri onunla eyni xalı toplayan Səid Əliyarlı tutub. Üçüncü pillədə isə 6,5 xalla Məryəm Baxışova qərarlaşıb. Turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. |
|
Xəbər 365 dəfə oxundu. |
|
|